“Rosneft” hasilatın azaldılması üzrə sazişdən geri çəkilir?

“Rosneft” hasilatın azaldılması üzrə sazişdən geri çəkilir?

“Neft hasilatının azaldılması barədə Vyana sazişinin müddəti başa çatdıqda sonra dünya bazarına əmin addımlarla çıxmaq üçün “Rosneft” rəqabətədamlılığını qorumaq üzərində çalışır”.

OilGas.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Berlində şirkətin “Rosneft Deutschland” ofisinin açılışında iştirak edən “Rosneft”in rəhbəri İqor Seçin məlumat verib. O, sazişin 9 aydan daha artıq müddətə uzadılmasına tərəfdar olmadıqlarını açıqlayıb.

Seçin bildirib ki, şirkət yeni yataqlarda hasilatı azaltmaq hesabına üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bununla yanaşı, başlıca diqqət əsas yataqlara ayrılır ki, buradakı neft resursları itirilməsin.

“Rosneft” rəhbəri qeyd edib ki, sazişin müddəti başa çatdıqdan sonra bazarın sarsılmasından yayınmaq üçün Rusiya və Səudiyyə Ərəbistanı sazişdən çıxmağın yumşaq mexanizmini hazırlamalı olacaqlar.

Qeyd edək ki, Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması barədə sazişin 2018-ci ilin mart ayına qədər uzadılması təşəbbüsü ilə çıxış ediblər.

OilGas.az

371 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ