“Rosneft” “Citgo”da səhm sahibi oldu – Vaşinqton təşvişdədi

“Rosneft” “Citgo”da səhm sahibi oldu – Vaşinqton təşvişdədi

“Rosneft” Venesuelanın PDVSA dövlət neft şirkətinin ABŞ-dakı törəmə “Citgo” şirkətinin səhmlərinin 49,9 faizini əldə edib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu, ödəmə müqavilələri üzrə girovun verilməsi çərçivəsində mümkün olub. Şirkətdə nəzarəti ələ keçirmək üçün Rusiya şirkətinə sadəcə kiçik faiz səhm almaq kifayət edəcək. Lakin “Rosneft”in direktoru İqor Seçin belə bir məqsədləri olmadığını açıqlayıb.

Sözügedən hadisə ABŞ senatorlarının ciddi narahatlığına səbəb olub. Belə ki, “Rosneft”in Citgo-da iştirakı ABŞ milli təhlükəsizliyinə və enerji müstəqilliyinə hədə kimi nəzərdən keçirilir.

ABŞ maliyyə naziri Stiven Mnuçin Senata Rusiyanın “Rosneft” şirkətinin ABŞ yanacaq bazarına təsirini araşdıracağını vəd edib.

Qeyd edək ki, Citgo ABŞ-da üç neft emalı zavodunun və üç boru kəmərinin operatorudur. Şirkət ABŞ-ın 20 ştatında 48 neft terminalına nəzarət edir.

OilGas.az

407 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ