Reuters Rusiyanı ifşa etdi

Reuters Rusiyanı ifşa etdi

Rusiya gəmisi Şimali Koreyaya neft və neft məhsulları nəql edib.

OilGas.az xəbər verir ki, bu barədə iddialar Reuters agentliyinin adı açıqlanmayan mənbələrindən əldə etdiyi məlumatda qeyd olunub.

İddialara əsasən, oktyabr və noyabr aylarında ən azı 3 belə nəql həyata keçirilib. Mənbənin sözlərinə görə, dəniz kəşfiyyatının məlumatları və Sakit okeanda Rusiya gəmilərinin peyk görüntüləri bu faktı təsdiqləyir.

Agentliyə danışan mənbələrdən biri qeyd edib ki, oktyabrın 15-də Slavyanka limanından “Vityaz” tankeri 1,6 min ton neftlə suya açılıb. Sənədlərə əsasən, tanker Yapon dənizində balıqovu donanmasına doğru istiqamətlənib. Lakin səfərin bir neçə günü ərzində onun hərəkətini izləməyə imkan verən transponder söndürülüb. İddiaya görə, həmin vaxt “Vityaz” Şimali Koreyanın “Sam Ma 2” tankerinə yanacaq doldurub. Lakin gəminin məxsus olduğu “Alisa” şirkətinin direktor müavini Yaroslav Quk Şimali Koreya gəmilərilə hər hansı əlaqənin olması barədə məlumatları təkzib edib.

Mənbələrdən birinin sözlərinə görə, Rusiya rəhbərliyinin çatdırılmalarda iştirak etdiyinə dair heç bir dəlil yoxdur:

“Onların Rusiya dövləti tərəfindən dəstəkləndiyinə dair heç bir dəlil yoxdur, lakin bu Rusiya gəmiləri Şimali Koreyalılara həyat verir”.

Xatırladaq ki, bir müddət öncə ABŞ prezidenti Donald Tramp Çin hakimiyyətini Şimali Koreyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar rejimini pozmaqda ittiham edib. “Ağ Ev” liderinin bu reaksiyasına səbəb Cənubi Koreyanın “Chosun Ilbo” qəzetində Çin tankerinin açıq dənizdə Şimali Koreya gəmilərinə neft doldurmasına dair məlumatın dərc olunması olub. Oktyabr ayının əvvəllərindən etibarən ABŞ cəsus peykləri vasitəsilə 30-a yaxın bu kimi əməliyyatın qeydə alındığı iddia olunub.

OilGas.az

383 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ