Ramzan Kadırov “Bitcoin” aldı

Ramzan Kadırov “Bitcoin” aldı

Çeçenistan prezidenti Ramzan Kadırov “Bitcoin” alıb.

OilGas.az xəbər verir ki, bu barədə Çeçenistan lideri özü sosial şəbəkə hesabında məlumat verib.

“Müntəzəm olaraq dəyişən texnologiyalar dünyasında bir şəxs yenilikləri anlamaq istəyirsə, özünü inkişaf etdirməlidir. Buna görə də, kriptovalyutalar bazarını təqib etmək üçün Bitcoin almağa qərar verdim. Daha əvvəl blokçeyn texnologiyasının Çeçenistan Respublikasında tətbiq ediləcəyini demişdim. Bundan əlavə, yeni ödəniş sistemlərilə də maraqlanıram”, -deyə Kadırov bildirib.

Çeçenistan prezidenti kriptovalyutalar bazarının qadağan edilməməli olduğunu, əvəzində bazara federal qanun tərəfindən nəzarət etmək gərəkdiyini vurğulayıb.

305 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ