Qlobal neft tələbi ilə bağlı proqnoz aşağı salındı

Qlobal neft tələbi ilə bağlı proqnoz aşağı salındı

Dünya neft bazarında tələb üzrə proqnoz aşağı salınıb.

OilGas.az xəbər verir ki, Beynəlxalq Energetika Agentliyinin (IEA) bu gün dərc olunan hesabatında “qara qızıl”a olan tələbin gündəlik 60 min barel aşağı olacağı proqnozlaşdırılıb. Beləliklə, bu il neftə olan tələbin gündəlik 97,84 milyon barel olacağı gözlənilir.

Agentlik bu dəfəki hesabatında ilk dəfə olaraq 2018-ci il üzrə neft tələbatına dair proqnozlarını açıqlayıb. Proqnoza əsasən, neft üzrə tələb gündəlik 1,4 milyon barel artaraq gündəlik 99,27 milyon barelə bərabər olacaq.

OilGas.az

203 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ