Neft qiymətləri nə qədər stabildi? – Novak geosiyasətin bazara təsirindən danışdı

Neft qiymətləri nə qədər stabildi? – Novak geosiyasətin bazara təsirindən danışdı

“Rusiyanın Energetika Nazirliyi neft bazarında qiymət artımının müddətini proqnozlaşdıra bilmir. Belə ki, ona geosiyasi risklərin təsir səviyyəsini qiymətləndirmək çətindir”.

OilGas.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyada energetika naziri vəzifəsini icra edən Aleksandr Novak deyib.

“Bu qiymətlərin nə qədər uzunmüddətli və stabil olmasına baxmaq lazımdır. İndi də onun stabil olduğunu demək mümkünsüzdür. Belə ki, qiymətlərə çox sayda geosiyasi amillər təsir edir. Ona görə də baxacağıq”, -deyə Novak qeyd edib.

“Fundamental olaraq bizdə bazarın balanslaşması baş verir. Qalıqlar azalır. Bu, yaxşı göstəricidir. Qiymətdə geosiyasi risklərin payının nə qədər olduğunu demək çətindir. Dərin təhlil edib baxmaq lazımdır”-deyə nazir əlavə edib.

141 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ