Qəzalı hidrotexniki qurğular əsaslı təmir olunur

Qəzalı hidrotexniki qurğular əsaslı təmir olunur

SOCAR-ın “Azneft” İstehsalat Birliyi mütəmadi olaraq istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, sosial obyektlərin inşası, estakadalarda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, hasilat quyularının səmərəliliyinin artırılması, texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-Dəniz-Xərə-Zirə” və “8 Mart” yataqlarında yerləşən estakadayanı meydança və stasionar dəniz özülündə əsaslı təmir işləri bu tədbirlərdəndir. Təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılıb.

Birliyin sifarişi əsasında “Səngəçal-Dəniz-Xərə-Zirə” yatağında yerləşən 682 saylı estakadayanı meydançada həyata keçirilmiş əsaslı təmir işləri çərçivəsində 56 ədəd möhkəmləndirici svay vurulub, 6 metal lövhə quraşdırılıb. Meydançada 148 metr uzunluğunda məhəccər çəpəri quraşdırılıb, 10 ədəd işıq dirəyi yenisi ilə əvəz olunub. Yataqdakı 566 saylı stasionar dəniz özülündə aparılmış əsaslı təmir zamanı 2 metal lövhə quraşdırılıb, 2 minik meydançası yenisi ilə əvəz olunub. Meydançada 240 metr uzunluğunda məhəccər çəpəri və 1 ədəd piyada körpüsü quraşdırılıb, 23 işıq dirəyi yenisi ilə əvəz olunub.

OilGas.az

570 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ