Qətər Vyana sazişinə sadiqdir

Qətər Vyana sazişinə sadiqdir

Qətər neft hasilatının azaldılması barədə sazişə sadiqdir.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Küveytin neft naziri Əssam əl-Marzuk məlumat verib. Onun sözlərinə görə, Qətər ilk növbədə qaz istehsalçısıdır. Odur ki, neft hasilatının azaldılmasında payı kiçikdir:

“Lakin ölkənin sazişdən çıxması OPEC daxilində birliklə bağlı hədə yarada bilərdi”.

Qeyd edək ki, Qətər neft hasilatının azaldılması barədə Vyana sazişi çərçivəsində gündəlik hasilatı 30 min barel azaltmaq barədə öhdəlik götürüb. Ölkənin gündəlik neft hasilatı 650 min bareldir.

İyunun 4-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir rəsmi Dohanı terror təşkilatlarına dəstək vermək və Yaxın Şərqdə gərginlik yaratmaqda ittiham ediblər.

Küveyt Qətərlə bu ölkələr arasında gərgin vəziyyəti nizama salmaq üçün vasitəçi rolunda çıxış edir. Ölkə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirlə Qətər arasında diplomatik münasiətlər pozulduqdan sonra yaranan münaqişəni həll etməyə çalışır.

OilGas.az

237 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ