Qətər Süveyş kanalından yan ötdü

Qətər Süveyş kanalından yan ötdü

Qətərdən maye təbii qaz daşıyan Al Mafyar və Zarga tankerləri hərəkət istiqamətini dəyişiblər.

OilGas.az Kpler şirkətinə isinadən xəbər verir ki, bundan əvvəl Süveyş kanalı istiqamətində hərəkət edən tankerlər artıq Xoş Ümid Burnuna (CAR) doğru hərəkət edib. Bununla da, Qətər onunla diplomatik və iqtisadi əlaqələri kəsən Misirdən yan ötüb.

Tankerlərin maye təbii qazı daşıdığı son məntəqə isə Böyük Britaniya olaraq qalıb. Marşrut dəyişikliyi ilə əlaqədar yük 10 gün gecikəcək. İkinci tanker isə təyin olunmuş yerə 5 gün gecikmə ilə çatacaq.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik münasibətləri kəsdiklərini açıqlayıblar. Ölkələr Qətəri terror təşkilatlarına dəstək verməkdə günahlandırıblar.

OilGas.az

 

216 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ