“Qətər münaqişəsi siyasi yolla həll olunmalıdır” – Novak

“Qətər münaqişəsi siyasi yolla həll olunmalıdır” – Novak

“Qətər münaqişəsinin siyasi yolla həll olunmasına ehtiyac var”.

OilGas.az Kommersant-a istinadən xəbər verir ki, bunu Rusiya energetika naziri Aleksandr Novak bildirib. Nazir qeyd edib ki, Qətər ətrafında vəziyyətin tezliklə nizama salınmasına ümid edir:

“Yaxın Şərqdəki bu münaqişənin həll edilməsinə ümid edirik. Çünki həm enerji bazarı, həm də Fars körfəzi ölkələrilə gələcək əməkdaşlıq üçün stabil vəziyyət lazımdır”.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Misir, Yəmən və Liviya Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan ediblər. Qətər terror təşkilatlarına dəstək verməkdə ittiham olunub. Bundan əlavə, Qətər əmiri Tamim bin Həməd əl-Taninin adından İranla yaxınlaşmağın vacibliyinə dair açıqlama dərc olunub. Qətər bu məlumatı təkzib etsə də, görünür qonşularını inandıra bilməyib.

OilGas.az

285 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ