Qətər maye təbii qaz istehsalını 100 milyon tona çatdıracaq

Qətər maye təbii qaz istehsalını 100 milyon tona çatdıracaq

Qətər maye təbii qaz istehsalını artırmaq qərarına gəlib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə  “Qatar Petroleum”un direktoru Saad əl-Kaabi məlumat verib. Onun sözlərinə görə, şirkət illik maye təbii qaz istehsalını 77 milyon tondan 100 milyon tona qədər artırmaq niyyətindədir.

Direktor qeyd edib ki, ehtiyatların artırılması 2016-cı ilin aprelində “Qatar Petroleum”un elan etdiyi Şimal yatağının cənub sektorundakı yeni qaz layihəsi sayəsində mümkün olacaq.

OilGas.az

 

282 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ