Qətər ətrafında xaos – Neft qiymətləri necə dəyişəcək?

Qətər ətrafında xaos – Neft qiymətləri necə dəyişəcək?

Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir Qətərlə diplomatik münasibətləri kəsib. Qətər diplomatlarına sözügedən ölkələri tərk etmək üçün 48 saat vaxt verilib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, ölkələr Qətəri terror təşkilatlarına dəstək verməkdə ittiham edirlər.

Bu yolla Yaxın Şərqdə geosiyasi böhran daha da güclənib. Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir Qətərlə hava və dəniz xəbərləşmələrini də dayandırdıqlarını elan ediblər. Bundan əlavə, rəsmi Ər-Riyad Qətərlə yerüstü sərhədləri tamamilə bağlamağa hazırlaşır. Bu isə Qətəri idxaldan məhrum edəcək.

Qətər ətrafındakı geosiyasi xaos OPEC-in stabilliyinə dair şübhələr yaradır. Belə ki ənənəvi olaraq Yaxın Şərqdəki vəziyyət neft qiymətlərinə təsir göstərir. Neft hasilatının azaldılması barədə OPEC və kartelə daxil olmayan ölkələrin razılaşdığı bir zamanda hər hansı qeyri-stabillik isə bazara təsirsiz ötüşməyəcək. Bu halda qiymətlərin qəfil ucuzlaşması gözləniləndi.

Əgər böhran öz həllini tapmasa, Qətər öz gəlirlərini artırmaq üçün sazişdən çıxa bilər. Səudiyyə Ərəbistanı ilə sərhədləri bağlandıqdan sonra Qətər məhsul idxalını və eləcə də, neft satışını yalnız dəniz yolu ilə həyata keçirə biləcək. Odur ki, məhz sərhədin bağlanması Qətər üçün ən ciddi “sanksiya” ola bilər.

OilGas.az

242 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ