Qətər böhranının pərdəarxası – Təhlil

Qətər böhranının pərdəarxası – Təhlil

Rəsmi məlumatlara əsasən, Fars körfəzi ölkələrilə Qətər arasında diplomatik və iqtisadi əlaqələrin kəsilməsinə səbəb Qətərin müxtəlif terror qruplaşmalarını maliyyələşdirməsi olub. Financial Times qəzetinin son hesabatında qeyd olunur ki, Qətər İran və “Əl-Qayidə”yə girov götürülən qətərli ailənin geri qaytarılması üçün 1 milyard dollar ödəyib.

Səudiyyə Ərəbistanı Qətəri İran və Rusiyaya qarşı ideoloji olaraq qəbuledilməz ehtiram göstərməkdə günahkar bildiyi üçün əlaqələri kəsmək qərarına gəlib.

Lakin çox zaman olduğu kimi rəsmi məlumatlar daxili gərginliyin xoşagəlməz həqiqətlərini gizlətmək üçün rahat sis pərdəsidir. Baş verənlərin real səbəbi isə daha asan ola bilər: Qətər mayeləşdirilmiş təbii qaz nəqli və hasilatı sahəsində çox uzun müddətdir ki, liderdir.

Bir çoxları hesab edirlər ki, Suriya ilə uzun sürən müharibənin səbəblərindən biri Qətərin  Avropanı böyük təbii qaz yataqları ilə birləşdirən öz xüsusi qaz kəmərini çəkmək istəyidir. Bu, “Qazprom”un Avropaya qaz nəqlindəki inhisarını pozduğu üçün Rusiya lap əvvəldən bu strategiyanın qəti əleyhinə idi.

Bloomberg Fars körfəzi böhranına dair təhlilində “rəsmi mövqe”ni ifşa edir. Təhlildə qeyd olunur ki, Səudiyyə Ərəbistanı tərəfindən Qətərin təcrid olunmasını təbii qazla bağlı vəziyyət daha yaxşı izah edir.

Bloomeberg yazır ki, kiçik yarımada öz ilk mayeləşdirilmiş təbii qaz partiyasını başqa bir ölkəyə çatdırmağa hazırlaşdığı zamandan -1995-ci ildən başlayaraq təbii qaz artıq bir neçə dəfə mübahisə mənbəyi olub.

Səudiyyə Ərəbistanını qəzəbləndirən digər faktor ,demək olar ki, bütün Qətəri qazla təmin edən şimal yatağındakı hasilatın Səudiyyə Ərəbistanının mənfur rəqibi olan İranla birgə aparılmasıdır.

Qətərin maye təbii qaz tədarükündən qazandığı var-dövlət onu adambaşına 130 min gəlir düşən dünyanın ən varlı ölkəsi etməklə yanaşı, dünyanın ən nəhənq maye təbii qaz ixracatçısına çevirib. Bu, onun Fars Körfəzi ölkələrinin əməkdaşlıq Şurasındakı neft hasil edən qonşularından müstəqillik əldə etməsinə və Səudiyyə Ərəbistanı hökmranlığı altından çıxmasına imkan yaradıb. İndi Qətərin qaz bazarındakı təsir gücünə yalnız “Qazprom” etiraz edə bilər.

Kiçik, təbii qazla zəngin Qətər son 2 ildə Suriyada müharibənin dəstəklənməsinə tam 3 milyard dollar sərf edib. Bu isə istənilən digər hökumətin xərclərindən daha çoxdur. Hazırda Qətər Səudiyyə Ərəbistanının səylərilə üsyançıların əsas silah mənbəyi deyil.

Qətərin ərəb üsyanına dəstəkdə iştirakı beynəlxalq investisiya portfelinin bir hissəsini təşkil edir. Amma onun sonradan vətəndaş müharibəsinə çevrilən inqilaba maliyyə dəstəyi qərb müxalifətinin dəstəyini ciddi şəkildə kölgədə qoyur.

Ötən illər nəticəsində Qətər anlamağa başladı ki, Rusiya onun Suriyadan keçən boru kəmər çəkməsinə yol verməyəcək. Bu zaman ölkə Rusiya istiqamətində düzgün strateji dönüş etdi. Ötən il Qətər suveren fondu Rusiyanın “Rosneft” şirkətinə sərmayə qoymağa razılaşdı.

Bu, Qətərin regionda Rusiya-İran-Suriya oxunun getdikcə daha fəal tərəfdarı olması narahatlığını artırdı.

Beyker institutunun əməkdaşı Cim Kreyn qeyd edib ki, balaca xalqın artan maliyyə və siyasi “müstəqilliyi” qonşularını getdikcə daha çox qorxudur.

Bundan əlavə,Qətərdə təbii qazın hasilatı Səudiyyə Ərəbistanının üstün mövqedə dayandığı OPEK-də siyasi təzyiqdən və “intriqalardan” azaddır.

Bloomberg yazır ki, regionun yerdə qalan hissəsi Qətərin qanadlarını kəsmək üçün imkan axtarırdı: “Bu imkan isə ABŞ prezidenti Donald Trampın Səuidiyyə Ərəbistanına səfəri  və İranı təcrid etməyə çağırışından sonra  yarandı. Qətər açıq şəkildə razılaşmadıqda Səudiyyə Ərəbistanının reaksiyası gecikmədi”.

Trampın Qətərin təcrid olunması barədə çağırışının məqsədini terrorizm dəhşətinə son qoymaq kimi şərh etmək olardı. Lakin, ABŞ qısa müddət öncə dünyada terrorizmin ən qatı tərəfdarı olan Səudiyyə Ərəbistanı ilə 100 milyard dollarlıq silah tədarükünə dair müqavilə imzalayıb. Odur ki, bu yanaşma da iflasa uğrayır.

OilGas.az

232 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ