“Qərbi Abşeron”da 31 nömrəli quyunun tikintisinə başlanılıb

“Qərbi Abşeron”da 31 nömrəli quyunun tikintisinə başlanılıb

SOCAR-AQŞ “Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən 31 nömrəli quyunun tikintisi işlərinə start verib.

Müəssisədən bildirilib ki, layihə dərinliyi 850 metr olan 31 nömrəli quyuda artıq qazma işlərinə başlanılıb. Quyunun qirməki dəsti-3 (QD-3) horizontuna qazılması planlaşdırılır. Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Müəssisə bu və növbəti quyuları Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.

190 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ