QDTİB Azərbaycanla bağlı yeni strategiyasını təqdim edəcək – Vaxt açıqlandı

QDTİB Azərbaycanla bağlı yeni strategiyasını təqdim edəcək – Vaxt açıqlandı

“Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanla bağlı yeni strategiya üzərində işləyir və onu bu ilin sonuna qədər təqdim etməyə hazırlaşır”.

OilGas.az xəbər verir ki, bunu Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən “Astana İqtisadi Forumu” (AEF-2019) çərçivəsində “Report”a açıqlama verən Bankın prezidenti Dmitri Pankin deyib.

Onun sözlərinə görə, 2019-2022-ci illəri əhatə edəcək bu sənədlə bağlı şəxsən Azərbaycana səfər edəcək.

“Düşünürəm ki, ilin sonuna qədər bu strategiyanı hazırlayıb təqdim edəcəyik. Bununla bağlı Azərbaycana səfərim gözlənilir”, – deyə o qeyd edib.

Xatırladaq ki, Azərbaycan QDTİB-nin 5%-lik səhmdarıdır. Bankın kredit portfelində ölkəmizin payı 7,2% təşkil edir.

164 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ