“Qazprom”un gəlirləri kəskin azalıb

“Qazprom”un gəlirləri kəskin azalıb

Bu ilin I rübündə Rusiyanın ən böyük enerji şirkətlərindən biri “Qazprom”un boru kəmərləri ilə təbii qaz ixracından əldə etdiyi gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 51,6% azalaraq 6,8 milyard ABŞ dollara enib.

Bu barədə Rusiya Federal Gömrük Xidmətinin hesabatında bildirilib.

Məlumata görə, hesabat dövründə şirkətin boru kəmərləri ilə təbii qaz ixracının həcmi isə 24% azalaraq 46,6 milyard kubmetr olub.

Belə ki, mart ayında “Qazprom”un əsas bazarlarından Almaniyaya qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 45%, Türkiyəyə qaz ixracı isə 33% azalaraq, müvafiq olaraq 2,7 və 9 milyard kubmetrə düşüb.

Qeyd edək ki, ekspertlər may ayında Avropa spot bazarında təbii qazın orta qiymətinin min kubmetr üçün 50 ABŞ dolları səviyyəsinə enməsi ilə mənfəət əldə etmək üçün min kubmetr üçün ən azı 100 ABŞ dollara ehtiyacı olan “Qazprom”un maddi vəziyyətinə ciddi təsir edəcəyini bildiriblər.

Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” hesabatında Avropanın ən böyük təbii qaz mərkəzlərində bu il üçün qiymət proqnozunun hər min kubmetr üçün 36,6% azaldaraq, 194 ABŞ dollardan 123 ABŞ dollara endirib.

“Gazprom” yaşanan çətinliklərdən sonra, bu il üçün nəzərdə tutulan investisiya proqramını 21,6% azaldaraq 1 trilyon rubldan (təxminən 14,68 milyard ABŞ dolları) 784 milyard rubla (təxminən 11,51 milyard ABŞ dolları) endirə biləcəyini açıqlayıb.

1697 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ