“Qazprom”la Macarıstan arasında “Türk axını” sazişi

“Qazprom”la Macarıstan arasında “Türk axını” sazişi

Rusiyanın nəhəng enerji şirkəti “Qazprom”la Macarıstan arasında “Türk axını” layihəsinə dair razılaşma imzalanıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto MTI xəbər agentliyinə açıqlamasında bildirib. Razılaşma “Türk axını” boru kəmərinin Bolqarıstan və Serbiya üzərindən Macarıstana çatdırılmasını nəzərdə tutur.

“Türk axını” boru kəmərinin Macarıstana uzanacaq hissəsinin inşaatının 2019-cu ildə tamamlanması planlaşdırılır.

Beləliklə, Macarıstan rus qazını “Türk axını” boru xətti vasitəsilə ala biləcək.

Xatırladaq ki, Rusiya və Türkiyə “Türk axını” layihəsinə dair hökumətlərarası müqaviləni 2016-cı il oktyabrın 10-da imzalayıblar. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti türk bazarı, ikincisi isə Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik qazötürmə gücü 15,75 milyard kubmetrdir. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.

OilGas.az

254 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ