“Qazprom” şirkətinin rəhbərləri qəzaya düşdü

“Qazprom” şirkətinin rəhbərləri qəzaya düşdü

Rusiyanın “Qazprom” şirkətinin Direktorlar Şurasının sədri Viktor Zubkov və İdarə Heyətinin sədri Aleksey Miller qəzaya düşüb.

OilGas.az xəbər verir ki, hadisə Moskvanın Kaşirski şosesində qeydə alınıb.

Holdinqin rəsmi nümayəndəsi Sergey Kupriyanov Rusiya mətbuatına açıqlamasında bildirib ki, qəza zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, şirkət rəhbərliyinin içərisində olduğu maşın “Ostafyevo” hava limanından gələn zaman qəzaya düşüb.

221 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ