İraq nefti diqqət mərkəzində: Yeni qurğu istismara verildi

İraq nefti diqqət mərkəzində: Yeni qurğu istismara verildi

“Qazprom neft”in törəmə şirkəti olan “Qazprom neft Badra” İraqın Badra yatağından çıxan qazın istifadəyə verilməsi üçün yeni texnoloji qurğu istismara verib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən qurğunun illik gücü 1,6 milyard kubmetrə bərabərdir. Açılış mərasimində Rusiyanın energetika naziri Aleksandr Novak, İraqın neft naziri Cabbar əl-Layibi, eləcə də “Qazprom neft”in sədri Aleksandr Dyukov iştirak edib.

Qurğu səmt qazının utilizasiyasında ən azı 95 faizlik səviyyə təmin edəcək.

OilGas.az

117 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ