“Qazprom” Azərbaycanda nümayəndəlik açır

“Qazprom” Azərbaycanda nümayəndəlik açır

Rusiyanın “Qazprom” şirkəti Azərbaycanda nümayəndəlik açmağa hazırlaşır.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən məsələ oktyabrın 2-də şirkətin Direktorlar Şurasında qiyabi şəkildə razılaşdırılacaq.

Qeyd edək ki, “Qazprom” 2000-2006-cı illərdə Azərbaycana təbii qaz tədarük edib. “Şahdəniz” yatağının işə düşməsiylə şirkətdən qaz idxalı dayandırılıb.

2010-cu ildən Azərbaycan Rusiyaya “mavi yanacaq” tədarük etməyə başlayıb. Bu qaz Dağıstanın təbii qazla təchiz edilməsi üçün istifadə olunub. 2013 və 2014-cü illərdə aparılan təmir işləriylə əlaqədar Azərbaycan təbii qazının Rusiyaya nəqli dəfələrlə dayandırılıb. 2015-ci ildə qaz tədarükü ümumiyyətlə həyata keçirilməyib.

“Qazprom” şirkətindən Azərbaycana təbii qaz nəqliylə bağlı danışıqlar Azərbaycan Dövlət Neft Şirkətiylə (SOCAR) aparılır.

OilGas.az

244 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ