“Qazprom” Azərbaycanda nümayəndəlik açılmasını təsdiqlədi

“Qazprom” Azərbaycanda nümayəndəlik açılmasını təsdiqlədi

Rusiyanın “Qazprom” şirkətinin Direktorlar Şurası Azərbaycanda nümayəndəlik açılmasına razılıq verib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qərar şuranın bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, “Qazprom” 2000-2006-cı illərdə Azərbaycana təbii qaz tədarük edib. “Şahdəniz” yatağının işə düşməsiylə şirkətdən qaz idxalı dayandırılıb.

2010-cu ildən Azərbaycan Rusiyaya “mavi yanacaq” tədarük etməyə başlayıb. Bu qaz Dağıstanın təbii qazla təchiz edilməsi üçün istifadə olunub. 2013 və 2014-cü illərdə aparılan təmir işləriylə əlaqədar Azərbaycan təbii qazının Rusiyaya nəqli dəfələrlə dayandırılıb. 2015-ci ildə qaz tədarükü ümumiyyətlə həyata keçirilməyib.

“Qazprom” şirkətindən Azərbaycana təbii qaz nəqliylə bağlı danışıqlar Azərbaycan Dövlət Neft Şirkətiylə (SOCAR) aparılır.

OilGas.az

214 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ