Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Qazaxıstan Azərbaycan üzərindən təbii qaz nəql edəcək
“Qazaxıstanın “Kaztransgas” şirkəti mayeləşdirilmiş qazın tranzitində maraqlıdır və ayda 10-15 min ton Qazaxıstan mayeləşdirilmiş qazının Azərbaycan üzərində tranzitinə hazırdır”.
Oilgas.az xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 16-cı iclasında Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir qeyd edib ki, hazırda tariflərin optimallaşdırılması işləri görülür.
Bundan başqa, P.Şahbazov məlumat verib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi – “SOCAR Trading” 1,6 mln ton həcmində Qazaxıstan neftinin ticarətini həyata keçirib.
O qeyd edib ki, ötən il isə bu göstərici 1,5 mln ton təşkil edib.
Nazir hazırda Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinin bərpa olunması barədə danışıqlar aparıldığını bildirib.
MÜZAKİRƏ