Qazaxıstan Azərbaycan ərazisindən neft nəqlini bərpa edib

Qazaxıstan Azərbaycan ərazisindən neft nəqlini bərpa edib

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqlini bərpa edib.

OilGas.az xəbər verir ki, bu barədə Trend-ə Qazaxıstanın Energetika Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, 2017-ci il ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 90 min ton Qazaxıstan nefti nəql edilib.

Qeyd edək ki, Qazaxıstan 2015-ci ilin ikinci yarısından etibarən bu boru kəməri ilə neft nəqlini dayandırmışdı.

OilGas.az

 

398 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ