Qaz uğrunda müharibə – Şaer yatağı İŞİD-dən azad edildi

Qaz uğrunda müharibə – Şaer yatağı İŞİD-dən azad edildi

Suriyada hökumət qüvvələri regionu terrorçulardan azad etmək üçün  növbəti əməliyyat keçirib.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Homsdan 120 km aralıda yerləşən Əş-Şaer qaz yatağı İŞİD terrorçularından azad edilib.

Sözügedən regionda mövqelərini möhkəmləndirmək üçün Suriya silahlı qüvvələri bütün neft-qaz obyektlərinin azad edilməsi üzrə plan hazırlayıb. Al-Watan iformasiya agentliyinin məlumatına görə, Əsəd ordusu artıq Palmir ətrafından bir sıra uğurlu əməliyyatlar həyata keçirib.

Qeyd edək ki, Əş-Şaer Suriyanın nəhəng qaz yatağıdır. Suriya üçün strateji əhəmiyyətə malikdir. Ölkənin bir sıra şəhərlərini enerji ilə təchiz edir. Qaz yatağı ilk dəfə 2014-cü ildə İŞİD-in nəzarətinə keçib.

OilGas.az

154 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ