“Qaz üçün limit ən azı 3 min kubmetr olmalıdır” – Fazil Mustafa

“Qaz üçün limit ən azı 3 min kubmetr olmalıdır” – Fazil Mustafa

Millət vəkili son vaxtlar cəmiyyətdə geniş müzakirə olunan təbii qazın istifadə limitinin artırılmasını təklif edib.

OilGas.az Yenicag.az-a istinadən xəbər verir ki, millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bu məsələ ilə bağlı təkliflə çıxış edib.

Millət vəkilinin sözlərinə görə, təbii qazdan istifadəyə görə limitin aşağı həddə qoyulması vətəndaşlara çox ciddi problem yaradır:

“Bununla bağlı müzakirələrin şahidiyik. Görürük ki, təbii qaz üçün tətbiq olunmuş limit aşağıdır. Xüsusilə həyət evlərində yaşayan vətəndaşlar üçün bu limitdən sonra ödəniş etmək xeyli çətinləşib. Hesab edirəm ki, limit olmalıdır. Limit israfçılığın qarşısını alır. Bununla belə, onu da düşünürəm ki, limiti iki dəfə qaldırmaq lazımdır. Qazın limitini ən azı 3 min kubmetrə qədər qaldırmaq lazımdır ki, əhali təbii qazdan istifadəyə görə ödənişlərini normal ödəyə bilsin. Aydın məsələdir ki, istixanalar, dönərçilər, digər xidmət sahələri var. Onlar qazdan istifadə edərək pul qazanırlar və onun ödənişini etməlidirlər. Hesab edirəm ki, əhali üçün təbii qazın həcmi 3 min kubmetrə qaldırılmalıdır”.

415 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ