Qaz sızması faciəyə yol açdı: güclü partlayış – 10 yaralı

Qaz sızması faciəyə yol açdı: güclü partlayış – 10 yaralı

Türkiyənin Kırıkkale vilayətində təbii qaz sızması nəticəsində güclü partlayış baş verib.

OilGas.az türk mediasına istinadən xəbər verir ki, hadisə Kurtuluş məhəlləsində yerləşən yaşayış binasının 3-cü mərtəbəsində baş verib. Partlayış nəticəsində 10 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə nəticəsində binada böyük ölçüdə maddi ziyan meydana gəlib. Eyni zamanda, binanın qarşısındakı avtomobillər də zərər görüb.

Məlumata görə, səhər saatlarında qaz sızması şikayətilə binaya gələn briqada təbii qazı kəsib. Axşam saatlarında isə partlayış baş verib.

Faktla bağlı araşdırma başlanıb.

1147 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ