Qaz kəmərində partlayış – Çox sayda yaralı var

Qaz kəmərində partlayış – Çox sayda yaralı var

Çinin cənub qərbində milli neft şirkətinə məxsus qaz kəməri partlayıb.

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 24 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti kritikdir.

Partlayış nəticəsində qaz kəmərində yanğın başlayıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqaları yanğını söndürməyə müvəffəq olublar.

Qeyd edək ki, bu qaz kəməri Myanma-Çin xəttinin davamıdır.

Kəmərin bu hissəsində daha öncə də aramsız yağış və sürüşmə ucbatından partlayış baş vermişdi. 2017-ci ilin iyulunda qaz partlayışı nəticəsində 35 nəfər yaralanmış, 8 nəfər ölmüşdü.

619 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ