“Qaz ən bahalı yanacaqdır”

“Qaz ən bahalı yanacaqdır”

Total rəhbəri Patrik Puyane qazı əldə olunan ən bahalı yanacaq adlandırıb.
Oilgas.az xarici mətbuata istinadən xəbər verir ki, Total rəhbəri bunu qazın nəqlinin daha baha başa gəlməsiylə əlaqələndirib.

“Xərcləri azaltmalıyıq. Ona görə ki, qaz bu gün üçün çıxarılan ən bahalı yanacaqdır. Bu reallıqdır. Ona görə ki, kömür və neftə nisbətən onun nəqli daha çətin, logistikası daha bahalıdır”, -deyə Puyane bildirib.

Rusiyada maye halında olan təbii qazın genişmiqyaslı istehsalının perspektivlərini şərh edən Puyane Rusiyada qaz hasilatı üçün çəkilən xərclərin çox az olduğunu qeyd edib:

“İnanıram ki, biz Rusiyada maye təbii qazı olduqca rəqabətədavamlı edəcəyik. Düzdür, bu, Qətərdəki kimi olmayacaq. Lakin bizə gələcək üçün daha çox qaz ehtiyatı lazımdır. Yeni layihələr işləyib hazırlamalıyıq”.

Oilgas.az

426 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ