Qaz balonu partladı: toy yasa döndü – 20 ölü, 18 yaralı

Qaz balonu partladı: toy yasa döndü – 20 ölü, 18 yaralı

Toy mərasiminin yaxınlığında baş verən partlayış faciəyə yol açıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Hindistanın Beavar şəhərində qeydə alınıb. Qaz balonunun partlaması nəticəsində toyun keçirildiyi bina uçub. Dağıntılar altından 20 nəfərin meyiti çıxarılıb.

Hadisə nəticəsində daha 18 nəfər xəsarət alıb. Onlar 5-nin kritik vəziyyətdə olduğu bildirilir.

Hökumət ölənlərin ailələrinə 200 min rupi (təxminən 5320 AZN) həcmində kompensasiya ödəyib. Yaralılara ödəniləcək maddi köməyin məbləği isə 50 min rupi (təxminən 1330 AZN) olacaq.

2443 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ