Qaraçıların yaşadığı qəsəbədə kütləvi zəhərlənmə – 30 nəfər xəstəxanaya yerləşdirildi

Qaraçıların yaşadığı qəsəbədə kütləvi zəhərlənmə – 30 nəfər xəstəxanaya yerləşdirildi

Qaraçıların yaşadığı qəsəbədə 30-a yaxın insan zəhərlənib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, ilkin ehtimala görə, kütləvi zəhərlənmənin səbəbi kükürd qazı olub.

Xəstəxanaya zəhərlənmə diaqnozu ilə 29 nəfər aparılıb. Onlardan 9-u uşaqdır.

Hadisə Tambov vilayətində qaraçıların yığcam şəkildə yaşadığı Kaliniçi qəsəbəsində qeydə alınıb. Məlumata görə, yerli sakinlər metal qəbul məntəqələrinə təhvil vermək üçün qəsəbəyə balonlar gətiriblər. Balonlardan ventilləri kəsdikdən sonra isə onlardan bir çoxunun halı pisləşib.

Faktla bağlı cinayət işi açılıb.

281 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ