“Qarabağ” yatağında qiymətləndirmə quyusu qazılacaq

“Qarabağ” yatağında qiymətləndirmə quyusu qazılacaq

“Xəzərin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağında qiymətləndirmə quyusu, KPS-4 bu ilin ikinci yarısında qazılacaq”.

OilGas.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu “Qarabağ” yatağının işlənməsi layihəsi üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin ictimai dinləmələrində layihə rəhbəri Nüsrət Əliyev bildirib.

“Hazırda yatağın işlənməsi üzrə ilkin layihələndirmə işləri davam edir və bu işlər bu ayın sonuna kimi yekunlaşacaq. Daha sonra əsaslı layihələndirmə mərhələsinə keçiləcək və bu da ilin sonuna qədər tamamlanacaq”,- deyə N.Əliyev vurğulayıb.

Bundan başqa, nəzərdə tutulan işləri Dədə Qorqud qazma qurğusu vasitəsilə aparılacaq: “Sənəddə qeyd olunub ki, KPS-4 kəşfiyyat quyusu 3500 dərinliyə hesablanıb”.

36 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ