“Qara qızıl”ı ucuzlaşdıran SƏBƏB

“Qara qızıl”ı ucuzlaşdıran SƏBƏB

Neft hasilatının dünya üzrə maya dəyərinin aşağı düşməsi, ABŞ şist neft sənayesinin inkişaf potensialı və onun bazara dərhal reaksiya vermək bacarığı uzunmüddətli perspektivdə “qara qızıl” qiymətlərini 60 dollardan aşağı olmasına səbəb olacaq.

OilGas.az xəbər verir ki, belə bir proqnozla “Fitch” Beynəlxalq Reytinq Agentliyi çıxış edib. Agentliyin analitiklərinin fikrincə, qiymətlərdə volatilliyin (dəyişkənlik, qeyri-sabitlik) saxlanılması onun zaman-zaman bu həddi ötməsilə nəticələnəcək.

Agentlikdən verilən məlumata əsasən, ötən ilin sonlarından etibarən ABŞ-da aktiv neft quyularının sayı təxminən 45% artıb. Bu isə 2016-cı ilin iyulunda gündəlik 8,4 milyon barel həcmində olan neft hasilatının hazırda 9,5 milyon barelə qədər yüksəlməsinə səbəb olub.

OPEC və onun tərəfdaşlarının bazarı balanslaşdırma bacarığına dair şübhələrinin dəyişməz olaraq qaldığını vurğulayan analitiklər neft və neft məhsulları ehtiyatlarının tarixi orta səviyyədən yenə də çox yüksək olduğunu bildiriblər.

OilGas.az

383 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ