Qalada SOCAR-ın Enerji İdarəetmə Mərkəzi açılıb

Qalada SOCAR-ın Enerji İdarəetmə Mərkəzi açılıb

SOCAR və BMT İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycan yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılması təmin edən Milli Fəaliyyətlər Planı (NAMA)” layihəsi çərçivəsində qrant hesabına tikilən Enerji İdarəetmə Mərkəzinin açılış mərasimi keçirilib.

Oilgas.az-ın verdiyi məlumata görə, açılış mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətinin Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Mərkəzinin əsas funksiyası NAMA layihələri çərçivəsində Qaradağ, Sumqayıt və Qala ərazilərində quraşdırılmış alternativ enerji mənbələrində istehsal olunan enerjinin istifadəsinə nəzarət etməkdir.

Açılışdan sonra jurnalistlərə müsahibəsində Rəfiqə Hüseynzadə bildirib ki, bu mərkəzin nəinki Azərbaycanda, bütövlüklə Xəzər regionunda analoqu yoxdur.

45 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ