Putindən dövlət neft şirkətinə çağırış

Putindən dövlət neft şirkətinə çağırış

““Rosneft” dünya bazarında konyukturasını dəyişdirməlidir”

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, belə bir təkliflə Rusiya prezidenti Vladimir Putin çıxış edib. Onun sözlərinə görə, “Rosneft” dövlət neft şirkəti dünya bazarında nə baş verdiyini bilir və buna uyğun olaraq şirkətin yeni strategiyasını hazırlamaq lazımdı.

Həmçinin, Putin “Rosneft” şirkətinin rəhbəri İqor Seçinə şirkətin xalis mənfəətinin 50% həcmində dividendlərin ödənilməsi məsələsini nəzərdən keçirməyi təklif edib:

“Əlbəttə, (səhmdarların ümumi yığıncağında) fiskal xarakterli məsələlərə, daha dəqiq, xalis mənfəətin 50% həcmində dividendlərin ödənilməsi məsələsinə qayıtmağı xahiş edərdim”.

Prezident qeyd edib ki, son vaxtlar şirkətin möhkəmləndirilməsi üçün çox böyük işlər görülüb, onun səhmlərinin bir hissəsi özəlləşdirilib.

“Rosneft”in mətbuat-katibi Mixail Leontyev bildirib ki, şirkət prezidentin xahişini yerinə yetirəcək:

“Prezident qayıtmağı xahiş etdi. Biz prezidentin xahişlərini müzakirə etmirik, onları yerinə yetiririk”.

OilGas.az

 

214 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ