Putindən Bərzani hökumətinə dəstək – 400 milyon dollar

Putindən Bərzani hökumətinə dəstək  –  400 milyon dollar

Rusiyanın nəhəng neft şirkəti “Rosneft” və Şimali İraq Kürd Muxtariyyəti arasında 5 yatağın işlənilməsi üzrə hasilatın pay bölgüsü sazişi imzalanıb.

OilGas.az xəbər verir ki, bu arədə “Rosneft”şirkətindən məlumat verilib. Rusiya şirkətinin sazişdə payı 80%-ə bərabərdir. Layihəyə daxil olmaq üçün ödəniş və hər 5 blok üzrə geoloji məlumatların əldə olunması 40-110 mln dollar təşkil edəcək. Ümumi məbləğ 400 mln dollara çata bilər.

Məbləğin 200 mln dolları bloklarda hasil olunacaq neft hesabına kompensasiya oluna bilər. Şirkətin məlumatında qeyd olunur ki, sazişin əsas şərtləri və baza prinsipləri digər beynəlxalq neft-qaz şirkətlərilə imzalanan sazişlərlə eynidir.

Tərəflər geoloji kəşfiyyat işlərinin reallaşdırılması və 2018-ci ildən etibarən hasilatı başlatmaq barədə razılaşıblar. Uğurlu olacağı təqdirdə, tərəfdaşlar 2021-ci ildən etibarən blokların genişmiqyaslı işlənilməsinə başlamağı planlaşdırırlar.

İlkin hesablamalara görə, 5 blok üzrə ümumi ehtiyat həcmi təxminən 670 mln barelə bərabərdir.

OilGas.Az

272 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ