Putin Ərdoğana zəng vurdu – “Türk axını” ilə bağlı (Yenilənib)

Putin Ərdoğana zəng vurdu – “Türk axını” ilə bağlı (Yenilənib)

Rusiya prezidenti Vladimir Putin “Türk axını” boru kəmərinin dərin sulardakı inşaatını həyata keçirəcək “Pioneering Spirit” gəmisinə çıxaraq yoxlama aparacaq.

OilGas.az xəbər verir ki, bu barədə Rəsmi Kremlin mətbuat xidməti məlumat yayıb. Putinin Rusiyanın Krasnodar diyarına iş səfərinə gedəcəyi və səfər çərçivəsində Anapa şəhərində inşaatı davam edən “Türk axını” boru kəmərindəki işlərlə tanış olacağı bildirilir.

Xatırladaq ki, Rusiya və Türkiyə “Türk axını” layihəsinə dair hökumətlərarası müqaviləni 2016-cı il oktyabrın 10-da imzalayıblar. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti türk bazarı, ikincisi isə Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik qazötürmə gücü 15,75 milyard kubmetrdir. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.

12:32

***

Putin səfərindən sonra Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğana zəng vuraraq boru döşəmə fəaliyyətinin başlandığını bildirib. Eyni zamanda Türkiyə ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edib:

“Türkiyə-Rusiya əməkdalığının səviyyəsi bir çox ölkələrlə əməkdaşlığın səviyyəsindən daha yüksəkdir. Digər ölkələrlə birgə işlərimizdə inzibati təsdiq almağımız illərlə davam edir. Türkiyə iləsə bu proses bir neçə ayda tamamlanır. Əlbəttə, bu, verdiyimiz birbaşa dəstəkdən qaynaqlanır”.

Putin rus qazını Türkiyə vasitəsilə Cənub və Cənub Şərqi Avropa ölkələrinə nəql etməyə hazır olduqlarını da qeyd edib.

OilGas.az

229 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ