Putin hasilatın azaldılması üzrə sazişin perspektivlərini – Dəyərləndirdi

“Neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılması perspektivləri yaxşıdır. Götürdüyü bütün öhdəlikləri yerinə yetirən Səudiyyə Ərəbistanının mövqeyi optimizm verir”.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bildirib. O, ölkənin bütün nəhəng neft-qaz şirkətlərinin rəhbərlərilə görüşdüyünü və onların sazişin doqquz ay müddətinə uzadılmasını dəstəklədiklərini vurğulayıb.

Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının azaldılması barədə razılıq əldə olunub. Dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın azaldılması barədə saziş imzalayıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

Saziş çərçivəsində Rusiya neft hasilatını gündəlik 300 min barel azaltmaq barədə öhdəlik götürüb.

OilGas.az

458 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ