Putin Azərbaycanlı milyarderə təşəkkür etdi – Vicdanla xidmət etdiyinə görə

Putin Azərbaycanlı milyarderə təşəkkür etdi – Vicdanla xidmət etdiyinə görə

Rusiya prezidenti Vladimir Putin adından “LUKoil” şirkətinin prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərova minnətdarlıq ifadə olunub.

OilGas.az xəbər verir ki, Rusiya prezidentinin müvafiq sərəncamı rəsmi hüquqi informasiya internet portalında yerləşdirilib.

Burada Ələkbərova ictimai işlərdə fəal iştirakına, sahibkarlığın inkişafında ximətlərinə, eləcə də uzun illər vicdanla çalışmasına görə təşəkkür edilib.

Bundan əlavə, “Maqnit” şirkətinin baş direktoru Sergey Qalitski və “Fosaqro” şirkətinin baş direktoru Andrey Quryev sahibkarlığın inkişafında xidmətlərinə görə Rusiya prezidentinin fəxri diplomu ilə təltif olunublar.

OilGas.Az

77 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ