Putin azərbaycanlı iş adamı ilə görüşəcək

Putin azərbaycanlı iş adamı ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin “Lukoil” neft şirkətinin prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərovla görüşəcək.

OilGas.az rus KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, görüş bu gün prezidentin Novo-Oqaryevodakı iqamətgahında baş tutacaq:

“Prezident Novo-Oqaryevoda belə sakit, rutin rejimdə çalışır. Onun daxili görüşü və müşavirəsi var. Onlardan Vahid Ələkbərovla – “Lukoil” rəhbərilə görüş açıq olacaq”.

Qeyd edək ki, “Lukoil” neft sektorunda fəaliyyət göstərən ən nəhəng şirkətlərdən biridir. Özəl şirkət olmasına baxmayaraq, sosial layihələrə çoxlu vəsait ayırır. Məhz bu səbəbdən Rusiya prezidenti şirkətin inkişafını daimi diqqətdə saxlayır.

205 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ