Putin Avstriyaya dəvət olundu – “Qazprom”un “Qızıl toy”una

Putin Avstriyaya dəvət olundu – “Qazprom”un “Qızıl toy”una

Avstriyanın “OMV” neft-qaz konserninin idarə heyətinin sədri Rayner Zele Rusiya prezidenti Vladimir Putini Avstriyaya dəvət edib.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, dəvət konsernlə Rusiyanın neft-qaz şirkəti “Qazprom”un əməkdaşlığının 50 illiyi münasibətilə təşkil ediləcək mərasimlə əlaqədardır.

Kremildə Rusiya lideri ilə görüşən Zele bu tədbirlərdə Avstriyanın yeni federal prezidenti Aleksandr Van der Bellenin də iştirak edəcəyini bildirib:

““Qazprom”la münasibətlərimizin 50 illiyi, “qızıl toy”la bağlı keçirilən mərasimə qatılmaq üçün imkan tapsanız, şad olardıq”.

Onun sözlərinə görə, Avstriyanın federal prezidenti Putinə böyük salam çatdırır və səbirsizliklə görüşü gözləyir:

“Bizim şirkətlə “Qazprom” bir-birinə o qədər aşiqdir ki, “Nikah ittifaq”ımızı bağlamağımızdan 50 il keçməsinə baxmayaraq, “Qazprom”dan daha çox qaz almaq istəyirik”.

Qeyd edək ki, OMV “Qazprom”un Avstriyadakı başlıca tərəfdaşıdır.

OilGas.az

145 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ