“PSG-Kapital İnvestisiya Şirkəti» nizamnamə kapitalını ikiqat artırır – 2 milyona çatacaq

“PSG-Kapital İnvestisiya Şirkəti» nizamnamə kapitalını ikiqat artırır – 2 milyona çatacaq

«PSG-Kapital İnvestisiya şirkəti» QSC nizamnamə kapitalını artırır.

Şirkətdən OilGas.az-a verilən məlumata görə, artım nəticəsində nizamnamə kapitalının həcmi iki qat artaraq 2 milyon manata yüksələcək.

Bununla da «PSG-Kapital İnvestisiya şirkəti» QSC ölkədə nizamnamə kapitalı ən yüksək olan investisiya şirkətinə çevriləcək.

Kapitalın artırılması əlavə səhm buraxılışı hesabına həyata keçiriləcək.

Bu addım çərçivəsində hər birinin nominal qiyməti 1 000 AZN olan əlavə 1 000 ədəd səhm buraxılması nəzərdə tutulur.

Maliyyə Bazarlarına Nəzarət Palatası səhm emissiyasını qeydiyyata alıb.

​Səhm yerləşdirilməsi və kapitalın artırılması yaxın vaxtlarda həyata keçiriləcək.

57 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ