Prezident sərəncam verdi – Neft kəməri fəaliyyətə başladı

Prezident sərəncam verdi – Neft kəməri fəaliyyətə başladı

ABŞ-ın neft kəməri “Dakota Access Pipeline” mayın 14-dən xam neft tədarükünə başlayacaq.

OilGas.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-da energetika sahəsinin nizamlanması üzrə federal komissiya məlumat verib.

Neft tədarükü Şimali Dakota ştatından İllinoysa doğru həyata keçiriləcək. “Energy Transfer Partners” operator şirkəti tarifləri müəyyənləşdirərək komissiyaya göndərib.

Bu ilin yanvar ayında ABŞ prezidenti Donald Tramp “Dakota Access Pipeline” və “Keystone XL” neft kəmərlərində tikintinin bərpa edilməsi barədə sərəncam imzalayıb.

Neft kəmərinin tikintisi etirazlarla qarşılanıb. Hindular kəmər çəkilişinin onların müqəddəs məkanlarını murdarlayacağını bildiriblər.

OilGas.az

430 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ