Prezident fərman imzaladı – Borclar tam məbləğdə silinir

Prezident fərman imzaladı – Borclar tam məbləğdə silinir

Prezident İlham Əliyev məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında qanunun təsdiqlənməsi haqqında fərman imzalayıb.

OilGas.az xəbər verir ki, qanunda sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclarının tam məbləğdə silindiyi bildirilir.

Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

11043 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ