Poroşenkonun arzuları: “İnqilabi dəyişikliklər”…

Poroşenkonun arzuları: “İnqilabi dəyişikliklər”…

“Avropa Rusiya qazını Ukraynanın şərq sərhədində almalıdır”.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko Ali Radaya müraciətində bildirib. O qeyd edib ki, 2019-cu ildən Rusiya qazının Avropaya satılmasında Ukraynanın tranzit ölkə olmasını istəyir.

Poroşenko xatırladıb ki, Moskva ilə tranzit üzrə müqavilənin müddəti 2019-cu ildə başa çatır. Odur ki, o zaman qədər tranzitin təşkil edilməsində “inqilabi dəyişikliklər”ə nail olmaq lazımdır.

Ukrayna prezidenti bildirib ki, ölkəsi Rusiyaya deyil, Avropa İttifaqına tranzit xidmətləri təklif etməlidir.

OilGas.az

266 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ