Poroşenko Trampdan zəmanət aldı – Antirusiya sanksiyaları genişləndiriləcək

Poroşenko Trampdan zəmanət aldı – Antirusiya sanksiyaları genişləndiriləcək

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları davam edəcək.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko məlumat verib. Poroşenkonun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp onu əmin edib ki, Minsk razılaşmaları yerinə yetirilməyənədək antirusiya sanksiyaları tətbiq olunacaq.

“Prezident Donald Tramp və vitse-prezident Mayk Pensin nümayiş etdirdiyi tam dəstəkdən çox məmnunuq”, -deyə Ukrayna prezidenti vurğulayıb.

Qeyd edək ki, ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi üzrə qanun layihəsini təsdiqləyib. Sənədə əsasən, dərinsulu ərazilərdə neft kəşfiyyatı və hasilatı üçün texnologiyaların Rusiyaya ixracı, eyni zamanda arktik şelf, dərinsulu layihələrdə Rusiya ilə birgə iştirak etmək ABŞ şirkətlərinə qadağan olunacaq.

OilGas.az

252 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ