Petkimdə yeni təyinat – Murad Abdullayev baş direktorun müavini oldu

Petkimdə yeni təyinat – Murad Abdullayev baş direktorun müavini oldu

“Petkim” neft-kimya kompleksinin strukturunda dəyişiklik edilib.

OilGas.az xəbər verir ki, bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu – KAP) məlumat yerləşdirilib. Məlumata görə, “Petkim Holding”də rəqəmsallaşdırma və texnologiya üzrə baş direktor müavini vəzifəsi formalaşdırılıb. Bu vəzifəyə strategiya və biznesin inkişafı üzrə rəhbər Murad Abdullayev təyin olunub.

Qeyd edək ki, “Petkim Holding”də əsas pay Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

135 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ