“Petkim” xarici ticarət sərmayə şirkəti statusu aldı

“Petkim” xarici ticarət sərmayə şirkəti statusu aldı

“Petkim PetroKimya Holding A.Ş.” xarici ticarət sərmayə şirkəti statusu alıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin bu qərarı rəsmi qəzetdə yayımlanaraq qüvvəyə minib.

“Petkim” neft-kimya holdinqi xarici ticarət sərmayə şirkətləri siyahısında 57-ci sırada yer alıb.

Xarici ticarət sərmayə şirkəti statusu alan şirklər arasında “Arçelik”, “Vestel”, “Bosch”, “Ford Avtomobil”, “Tofaş”, “Türk Traktör”, “Temsa”, “Şişecam”, “Petlas”, “Ereğli Demir Çelik”, “Pirelli” və sair də yer alır.

Bu siyahıya daxil olan şirkətlərə vergi güzəştləri tətbiq olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin 61,32 faizinə sahibdir.

OilGas.az

270 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ