“Petkim” rekord məbləğdə cərimələnib

“Petkim” rekord məbləğdə cərimələnib

SOCAR-ın Türkiyədəki aktivi olan “Petkim Petrokimya Holding A.Ş.” rekord məbləğdə cərimələnib.

OilGas.az “APA-Economics”ə istinadən xəbər verir ki, İzmir Vergi Dairəsi holdinqi ümumilikdə 165 mln. türk lirəsi məbləğində cərimələyib. Buna səbəb 2014-cü ildə holdinqin istehsalat prosesində “PyGas”dan (Pyrolysis Gasoline) istifadə etməsidir.

“Petkim”in rəsmi açıqlamasında isə bildirilir ki, indiki mərhələdə cərimənin ödənilməsindən söhbət gedə bilməz. Holdinq məhkəmə və digər instansiyalara müraciət etmək hüququndan istifadə edəcək.

2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qonşu ölkədə yeganə neft-kimya istehsalçısı olan “Petkim Petrokimya Holding A.Ş.”-də nəzarət-səhm paketinə malik olmaq üçün “SOCAR Turkey Energy A.Ş.” vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə “SOCAR Turkey Energy A.Ş.” “Petkim” obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod “Petkim”in gəlirliliyini və bazar payını artıraraq holdinq üçün xammal xərclərini azaldacaq.

* 1 lirə = 0,4879

OilGas.az

244 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ