Pərviz Şahbazovun nazir kimi ilk görüşü – Erkan Özoralı qəbul etdi

Pərviz Şahbazovun nazir kimi ilk görüşü – Erkan Özoralı qəbul etdi

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycan Respublikasının Energetika Nazirliyində olub.

Nazirlikdən OilGas.az-a verilən məlumata görə, səfir Azərbaycanın energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə Pərviz Şahbazova təbriklərini çatdırıb.

Görüşdə səfir Azərbaycanın Türkiyə ilə birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də “Cənub Qaz Dəhlizi”nin əsas seqmentlərindən olan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihələri barədə regionda enerji təhlükəsizliyinə töhfə verən uğurlu əməkdaşlıqdan danışıb, həmçinin Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin gələcək inkişafı istiqamətində sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Nazir kimi ilk görüşünü Türkiyə səfiri ilə keçirməsini deyən energetika naziri Pərviz Şahbazov bunun ölkələrimiz arasındakı dost və qardaşlıq münasibətlərinin bir əlaməti olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, həyata keçirilən enerji layihələri hər iki ölkənin regionda daha da güclənməsi, tranzit potensialının genişlənməsi baxımından çox önəmlidir. Nazir iki ölkənin iştirakı ilə həyata keçirilən enerji layihələrinə və enerji əməkdaşlığının gələcək perspektivlərinə diqqət yönəldib. Bu sahədə müasir trendlərin birgə müzakirəsi məqsədilə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrakla görüşmək arzusunda olduğunu nəzərə çatdırıb.

Görüşdə Azərbaycan- Türkiyə enerji əməkdaşlığının prioritet istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb.

OilGas.Az

274 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ