Pərviz Şahbazov OPEC+ Nazirlərinin toplantısında iştirak edəcək

Pərviz Şahbazov OPEC+ Nazirlərinin toplantısında iştirak edəcək

23 sentyabr tarixində Əlcəzairdə keçiriləcək OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək.

Nazirliyin mətbuat xidmətindən OilGas.az-a verilən məlumata görə, iclasda neft bazarının inkişaf tendensiyalarına dair məlumatlar, 2018-ci ilin avqust ayı ərzində neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in hesabatı nəzərdən keçiriləcək.  Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı qəbul edilmiş qərara uyğun olaraq kvotaların müəyyənləşdirilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Əlcəzair və Omanın iştirakı ilə yaradılmış Monitorinq Komitəsinin iclası iki aydan bir keçirilir.

 

 

51 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ